Выбрать плеер:

Azərbaycan və Suriya münasibətləri | İki ölkə arasındakı əməkdaşlıq əlaqələri

12 июля 2025 390 просмотров

Artıq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan xarici siyasətində nəzər nöqtəsini daha qlobal istiqamətdə inkişaf etdirir. Avropa, Mərkəzi Asiya yönündə aparılan fəal siyasət Yaxın Şərq regionunda da özünü göstərir.

Məsələn, tarixində yeni səhifə açılmış Suriya ilə qurulan əlaqələr və qarşılıqlı əməkdaşlıq formatına yenidən baxılması prinsipcə ölkəmizin mövqeyinin aydın təzahürüdür. Bütün bu addımlar həm də Türkiyə ilə sinxron şəkildə atılır.

Azərbaycan müharibədən sonra bərpa-quruculuq sahəsində unikal təcrübə əldə edib. Sözsüz ki, Suriya ölkəmizin bu təcrübəsindən də yararlana bilər. Qeyd edək ki, Azərbaycanla Suriya arasında müsbət əlaqələr tarixən mövcud olub, lakin Bəşər Əsəd rejimi bu əlaqələrin inkişafına imkan verməyib.

Bu gün Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfərə gəlməsi yeni dönəmdə əməkdaşlığımız sahəsində atılan daha bir addımdır. Bundan əvvəl Azərbaycan və Suriya prezidentləri Antalyada görüşmüşdülər. Analitiklər bildirirlər ki, bu əlaqələrin inkişaf etdirilməsinin müsbət gələcəyi var.

“Azərbaycanın Suriyanın neft-qaz sektorunda böyük işlər görməsi üçün perspektivlər var. Çünki ölkəmizin bu sahədə təcrübəsi mövcuddur. Eyni zamanda Suriyanın qonşuları, xüsusən də İsraillə normal münasibətlərinin qurulmasında Azərbaycanın böyük töhfələri ola bilər”, − deyə siyasi şərhçi Aydın Quliyev bildirib.

Ekspertlər vurğulayırlar ki, Azərbaycan qazı üçün dünyada artan rəqabət fonunda enerji ehtiyatlarımızın diversifikasiyası üçün imkanların genişləndirilməsi baxımından da Suriya ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. 

Скопировано
5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

5.1 milyard dollarlıq müdafiə büdcəsi: Ordumuzun real döyüş gücü nə qədərdir? | HƏRBİ XRONİKA

Siyasət
15 декабря 2025 390 просмотров
Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Türkiyə Ermənistanla sərhədləri hansı şərtlə açacaq? | İrəvana vacib mesaj - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
15 декабря 2025 390 просмотров
"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"El-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırırıq" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
15 декабря 2025 390 просмотров
Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Berlin danışıqları müharibənin taleyini həll edəcək? - Baku TV

Siyasət
15 декабря 2025 390 просмотров
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV

Siyasət
15 декабря 2025 390 просмотров
İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

İlham Əliyevdən Sidneydəki terror aktı ilə bağlı başsağlığı - Baku TV CANLI

Siyasət
15 декабря 2025 390 просмотров
Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb - Baku TV

Siyasət
15 декабря 2025 390 просмотров
Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Zelenski və ABŞ rəsmiləri arasında Almaniyada məxfi görüş - Baku TV CANLI

Siyasət
15 декабря 2025 390 просмотров
UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

Siyasət
15 декабря 2025 390 просмотров
Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Kreml Bakıya hansı mesajı verir və bu mesaj kimlərə hesablanıb? - AKTUAL GÜNDƏM

Siyasət
15 декабря 2025 390 просмотров
Выбранные
icon