Выбрать плеер:

Azərbaycana hücum molla rejiminin əsl simasını üzə çıxardı | İranın ikiüzlülüyünün ifşası - Baku TV

05 марта 2026 20 просмотров

Bəzən bir hadisə bütün illüziyaları dağıdır, maskaları bir anda cırıb atır.

Bu gün Naxçıvana endirilən dron zərbələri də məhz bu qəbildəndir. İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları Naxçıvan Beynəlxalq Hava Limanının terminalına və Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb. Nəticədə, mülki infrastruktur zərər görüb, dörd nəfər yaralanıb.

Diqqət edin, hərbi obyekt yox. Hava limanı terminalı, məktəbin yaxınlığı. Bu, artıq hərbi əməliyyat deyil. Bu, açıq təxribatdır.

Azərbaycan Xarici İşlər Nazirliyi baş verənləri qəti şəkildə pisləyib, İranın Azərbaycandakı səfiri Nazirliyə çağırılıb, etiraz notası təqdim olunub. Müdafiə Nazirliyi isə açıq xəbərdarlıq edir. Bu hücum cavabsız qalmayacaq.

Amma məsələnin başqa, daha ciddi tərəfi var. Azərbaycan uzun illərdir İranla münasibətlərdə maksimum ehtiyatlı və sivil xətt yürüdür. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə edilməyəcək. Bu mövqeni Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Hətta regionda gərginlik ən yüksək həddə çatanda belə Bakı qonşuluq siyasətindən geri çəkilməyib.

İranın Ali Rəhbərinin ölümü ilə bağlı dünyada çox az lider başsağlığı verib. Onlardan biri Azərbaycan Prezidenti olub. İlham Əliyev şəxsən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə gedərək başsağlığı kitabına qeydlərini yazıb. Azərbaycan sərhədlərini açdı, İran və digər ölkə vətəndaşlarının keçidinə şərait yaratdı. İranın ölkəmizdəki səfiri Bakıda sərbəst şəkildə mətbuat konfransı keçirib mövqeyini ifadə etdi.

Yəni Bakı açıq mesaj verib: Azərbaycan qonşuluq siyasətinə sadiqdir. Amma görünür ki, Tehran bu siyasəti nə anlayır, nə də qiymətləndirir. Çünki mülki infrastruktura dron göndərmək nə gücdür, nə siyasət. Hava limanını vurmaq qəhrəmanlıq deyil. Məktəb yaxınlığına dron göndərmək isə qorxaqlıq və acizlikdir. Bu, nankorluğun və riyakarlığın açıq nümayişidir. Tarix başqa bir həqiqəti də sübut edib. Azərbaycana qarşı hücum edənlər sonda peşman olublar.

Hadisənin başqa bir tərəfi isə bu gün Naxçıvanı hədəfə alan rejimin öz ölkəsində milyonlarla azərbaycanlının hüquqlarını illərdir tapdalayan rejim olmasıdır. 40 milyondan çox azərbaycanlının yaşadığı Cənubi Azərbaycanda ana dilində təhsil hüququ yoxdur, azərbaycanlı fəallar həbs olunur, mədəni hüquqlar boğulur, milli kimlik təqib edilir.

Yəni bir tərəfdən qonşuluqdan danışılır, digər tərəfdən isə həm ölkə daxilində azərbaycanlılara təzyiq edilir, həm də Azərbaycan ərazisi dronla vurulur.

Belə bir rejimin mahiyyəti artıq hamıya aydındır. İran daxilində sosial narazılıq artıb, iqtisadi böhran dərinləşib, etiraz dalğası bütün ölkəni bürüyüb. Bütün bunlar bir reallığı göstərir, molla rejiminin dayaqları əvvəlki qədər möhkəm deyil.

Bu isə Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün yeni bir tarixi mərhələ deməkdir. Çünki tarix bəzən xalqlara nadir fürsətlər verir və bu fürsəti görmək, dəyərləndirmək lazımdır.

Nəticə isə sadədir. Azərbaycan heç vaxt qonşularına qarşı düşmənçilik siyasəti yürütməyib. Amma ölkənin təhlükəsizliyinə qarşı yönələn hər bir təhdidə cavab vermək iradəsi də həmişə olub. Naxçıvana dron göndərənlər bunu yaxşı bilməlidirlər. Azərbaycan səbirli dövlətdir. Amma bu səbir zəiflik deyil.

Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı təxribat edənlər gec-tez bunun bədəlini ödəyiblər. Bu dəfə də fərqli olmayacaq.

Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV

Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV

Siyasət
05 марта 2026 20 просмотров
"İran Azərbaycana meydan oxumaq istəyirdi, amma..." | Molla rejimi özünü ifşa etdi - Baku TV

"İran Azərbaycana meydan oxumaq istəyirdi, amma..." | Molla rejimi özünü ifşa etdi - Baku TV

Siyasət
05 марта 2026 20 просмотров
Molla rejiminin bitməyən riyakarlığı | Azərbaycana qarşı hücum niyə təşkil edildi? - AKTUAL GÜNDƏM

Molla rejiminin bitməyən riyakarlığı | Azərbaycana qarşı hücum niyə təşkil edildi? - AKTUAL GÜNDƏM

Siyasət
05 марта 2026 20 просмотров
Naxçıvana hücum molla rejimi ilə bağlı tarixi riyakarlığı ifşa etdi - Baku TV CANLI

Naxçıvana hücum molla rejimi ilə bağlı tarixi riyakarlığı ifşa etdi - Baku TV CANLI

Siyasət
05 марта 2026 20 просмотров
Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərildi - Baku TV

Rusiya gübrəsi Azərbaycandan tranzitlə Ermənistana göndərildi - Baku TV

Siyasət
05 марта 2026 20 просмотров
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Siyasət
05 марта 2026 20 просмотров
“Özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir” | Prezident

“Özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir” | Prezident

Siyasət
05 марта 2026 20 просмотров
Azərbaycan Prezidenti Tehranın hansı xahişini yerinə yetirib?

Azərbaycan Prezidenti Tehranın hansı xahişini yerinə yetirib?

Siyasət
05 марта 2026 20 просмотров
"İran rejimi həddini aşarsa..." | Cənubi azərbaycanlılar nə kimi addım ata bilər? - Baku TV

"İran rejimi həddini aşarsa..." | Cənubi azərbaycanlılar nə kimi addım ata bilər? - Baku TV

Siyasət
05 марта 2026 20 просмотров
“İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməlidir” | Prezident

“İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməlidir” | Prezident

Siyasət
05 марта 2026 20 просмотров
Выбранные
icon