Ayxan Hacızadədən savaş bölgəsində qalan vətəndaşlarımızla bağlı açıqlama - Baku TV
“Yaxış Şərqdə hərbi eskalasiya başlayandan etibarən səfirliklərimiz və baş konsulluqlarımız müvafiq olaraq gücləndirilmiş rejimdə işlərini davam etdirir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Baku TV-yə açıqlamasında bildirib.
O qeyd edib ki, mövcud şəraitlə əlaqədar sözügedən ölkələrdə qalan vətəndaşlarımızın təxliyəsi, eyni zamanda onların təhlükəsizlik vəziyyətinin izlənilməsi ilə bağlı müvafiq iş aparılır:
“Dünən və srağagün Birləşmiş Ərəb Əmirliklərindən müntəzəm reyslərlə Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyəsi həyata keçirilib. Bu gün də iki müntəzəm reyslə Birləşmiş Ərəb Əmirliklərindən vətəndaşlarımızın təxliyəsi nəzərdə tutulur. Bununla yanaşı, dünən Azərbaycan Hava Yollarının xüsusi təyyarə reysi ilə Ciddədə qalan həmvətənlərimizin Azərbaycana təxliyəsi istiqamətində iş aparılıb və müvafiq olaraq 207 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb”.
A.Hacızadə həmçinin vurğulayıb ki, Qətərdə hazırda 200 nəfər Azərbaycan vətəndaşı qalıb və onların təxliyəsi istiqamətində də iş aparılır:
“Qətərdə hava məkanının bağlı olduğunu nəzərə alaraq qonşu ölkələrin ərazisindən təxliyə planlaşdırılır və Azərbaycan tərəfi yaxın günlərdə orada qalan vətəndaşların təxliyəsini Səudiyyə Ərəbistanının ərazisindən həyata keçirəcək. Bununla yanaşı, İranda qalan vətəndaşların Azərbaycan və Türkiyə quru sərhədindən keçməklə ölkəmizə təxliyəsi həyata keçirilir”.
Тег #Ayxan Hacızadə используется
- Azərbaycan XİN hazırda İranda olan vətəndaşlarımıza müraciət etdi - Baku TV
- Ayxan Hacızadədən İran XİN-in əsassız iddialarına cavab | “Bu barədə heç bir məlumat...”
- Ayxan Hacızadədən İsrail-Suriya qarşıdurması ilə bağlı açıqlama | “Sülhün bərqərar olması vacibdir!”
- “İranın qeyd-şərt qoyması...” | Azərbaycan XİN-dən iddialara sərt reaksiya
- Ayxan Hacızadədən mühüm açıqlama | “Rusiya vəziyyəti süni şəkildə...”
