"Bütün çətinliklərə baxmayaraq..." | Azərbaycan neçə ölkəyə qaz tədarük edir? - Baku TV
“Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb”.
Bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, son 12 ildə müxtəlif çətinliklərə və mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına nail olublar:
“Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
