Выбрать плеер:

İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

02 марта 2026 70 просмотров

Prezident İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycanla Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib. Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Скопировано
Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Siyasət
05 марта 2026 70 просмотров
Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
04 марта 2026 70 просмотров
İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

Siyasət
04 марта 2026 70 просмотров
Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

Siyasət
04 марта 2026 70 просмотров
Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Siyasət
04 марта 2026 70 просмотров
Выбранные
icon