Выбрать плеер:

“İranın qeyd-şərt qoyması...” | Azərbaycan XİN-dən iddialara sərt reaksiya

09 июля 2025 332 просмотров

“İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələni şərh edərkən belə deyib.

“İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.

Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər.

Həqiqət budur ki, İran İslam Respublikası da daxil olmaqla İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir. İran da daxil olmaqla həmin dövlətlərin hamısı iyunun 21-22-də İstanbulda keçirilən İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda qəbul edilən “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə və İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib. Eləcə də Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb.

Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilən Bəyannaməsinə istinadı ehtiva edir. Bununla əlaqədar İran səfirinin Ermənistanın “Armenpress” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi manipulyasiya və riyakarlıqdan başqa bir şey deyil”, – deyə şərhdə bildirilib. 

Скопировано
"Naxçıvan namərd atəşə məruz qaldı" | Prezidentdən hücumla bağlı vacib açıqlamalar - Baku TV

"Naxçıvan namərd atəşə məruz qaldı" | Prezidentdən hücumla bağlı vacib açıqlamalar - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - Baku TV

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi - Baku TV CANLI

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi - Baku TV CANLI

Siyasət
05 марта 2026 332 просмотров
İlham Əliyev İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildiyini bəyan edib

İlham Əliyev İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildiyini bəyan edib

Siyasət
05 марта 2026 332 просмотров
"Onlara zərbə endirəcəyik" - Naxçıvana dron hücumu barədə İran XİN-dən təcili açıqlama - Baku TV

"Onlara zərbə endirəcəyik" - Naxçıvana dron hücumu barədə İran XİN-dən təcili açıqlama - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
İrandan Azərbaycana qarşı xain addım | Hədəf niyə Naxçıvan oldu? - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

İrandan Azərbaycana qarşı xain addım | Hədəf niyə Naxçıvan oldu? - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

Siyasət
05 марта 2026 332 просмотров
Qarşımıza çıxa bilmədilər | İran səfirliyi dron hücumunun hesabını verməkdən boyun qaçırır - Baku TV

Qarşımıza çıxa bilmədilər | İran səfirliyi dron hücumunun hesabını verməkdən boyun qaçırır - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
"İran ətrafındakı hamını..." | Pərdəarxasında olanlar | İranın gizli planları ifşa olundu? - Baku TV

"İran ətrafındakı hamını..." | Pərdəarxasında olanlar | İranın gizli planları ifşa olundu? - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
Ayxan Hacızadədən savaş bölgəsində qalan vətəndaşlarımızla bağlı açıqlama - Baku TV

Ayxan Hacızadədən savaş bölgəsində qalan vətəndaşlarımızla bağlı açıqlama - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
Təcili: İran səfiri XİN-ə çağırıldı | Azərbaycan İrana nota verdi! - Baku TV

Təcili: İran səfiri XİN-ə çağırıldı | Azərbaycan İrana nota verdi! - Baku TV

Siyasət
05 марта 2026 332 просмотров
Выбранные
icon