Azərbaycandan Paşinyana cavab | Ayxan Hacızadə paylaşım etdi
Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına cavabında deyib.
Diplomat sosial şəbəkə hesabındakı paylaşımında belə qeyd edir:
“Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır. Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınız “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə iddialardan Konstitusiyanız və milli qanunvericiliyiniz çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə boyun qaçırırsınız? Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz”.