Siyasət
Выбрать плеер:
Prezidentdən Fransa rəhbərinin cəfəng açıqlamasına münasibət
“Fransa Prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürüb. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir”.
Bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran prezident, sən demə, Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb”, – deyə dövlət başçısı qeyd edib.
Скопировано
Выбранные