Выбрать плеер:

Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV

13 мая 2026 138 просмотров

Fransanın Yeni Kaledoniyada kütləvi etirazları qəddarcasına yatırmasından iki il ötür.

Bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkələrdə paylaşdığı videomaterialda bildirilib.

Yerli sakinlərin – kanakların müstəqillik uğrunda mübarizəsi çərçivəsində baş verən etirazlar 2024-cü ilin yazında keçirilib.

Fransa parlamenti Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Buna cavab olaraq 2024-cü il mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada nümayiş keçirilib. Yerli əhali bu qərarı Parisin arxipelaqda öz nüfuzunu gücləndirmək və onun müstəqillik əldə etməsinə mane olmaq cəhdi kimi qiymətləndirib.

Etirazlar fonunda Fransa hakimiyyəti Yeni Kaledoniyaya qoşun yeridib. Etirazçılara qarşı 30 ədəd zirehli avtomobil, 3 min hərbçi cəlb edilib.

"Fransa güc strukturları tərəfindən güc tətbiq edilməsi nəticəsində 14 nəfər ölüb, 3 min nəfər yaralanıb. 243 etirazçı həbs edilib", – deyə BTQ-nin məlumatında vurğulanıb.

2024-cü il 13 may hadisələrindən sonra Yeni Kaledoniyadakı vəziyyət beynəlxalq təşkilatlar tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları Fransanın seçici korpusunu dəyişdirmək təşəbbüsünün kanak xalqının siyasi hüquqlarına, öz müqəddəratını təyinetmə hüququna və dekolonizasiya prosesinə zidd olduğunu vurğulayıb, Fransanı yerli xalqın razılığı olmadan siyasi dəyişikliklərdən çəkinməyə çağırıb.

BMT ekspertləri güc tətbiqi, kütləvi həbslər və repressiv tədbirlərlə bağlı narahatlıqlarını ifadə edərək bu məsələnin təhlükəsizlik deyil, beynəlxalq hüquq və dekolonizasiya məsələsi olduğunu vurğulayıblar. 

Скопировано
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı | Baş nazir son hədəflərini açıqladı - Baku TV

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı | Baş nazir son hədəflərini açıqladı - Baku TV

Siyasət
07 июня 2026 138 просмотров
CNN-dən Azərbaycanla bağlı qalmaqallı paylaşım | "Haber Global"dan süjet - Baku TV

CNN-dən Azərbaycanla bağlı qalmaqallı paylaşım | "Haber Global"dan süjet - Baku TV

Siyasət
07 июня 2026 138 просмотров
Moskva son həmləsini edir | Ermənistan nə qərar verəcək? - Baku TV

Moskva son həmləsini edir | Ermənistan nə qərar verəcək? - Baku TV

Siyasət
07 июня 2026 138 просмотров
XİN Azovda baş verən hadisə ilə bağlı məlumatları yenilədi - Baku TV

XİN Azovda baş verən hadisə ilə bağlı məlumatları yenilədi - Baku TV

Siyasət
06 июня 2026 138 просмотров
Regionda olanlara görə diqqət Azərbaycana yönəldi: Risklər, təxribat - AKTUAL GÜNDƏM

Regionda olanlara görə diqqət Azərbaycana yönəldi: Risklər, təxribat - AKTUAL GÜNDƏM

Siyasət
06 июня 2026 138 просмотров
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib - Baku TV

Siyasət
06 июня 2026 138 просмотров
Rusiyanın yeni inteqrasiya təklifi: İqtisadi layihə, yoxsa siyasi asılılıq? - AKTUAL GÜNDƏM

Rusiyanın yeni inteqrasiya təklifi: İqtisadi layihə, yoxsa siyasi asılılıq? - AKTUAL GÜNDƏM

Siyasət
05 июня 2026 138 просмотров
ABŞ-də kəşfiyyat böhranı? | IV Milli Kibertəhlükəsizlik Forumu | İranın yeni tələbi - YENİ BİR SƏHƏR

ABŞ-də kəşfiyyat böhranı? | IV Milli Kibertəhlükəsizlik Forumu | İranın yeni tələbi - YENİ BİR SƏHƏR

Siyasət
05 июня 2026 138 просмотров
Rusiya lideri Prezident İlham Əliyevə minnətdarlığını bildirib - Baku TV

Rusiya lideri Prezident İlham Əliyevə minnətdarlığını bildirib - Baku TV

Siyasət
05 июня 2026 138 просмотров
Ceyhun Bayramov ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub - Baku TV

Ceyhun Bayramov ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub - Baku TV

Siyasət
04 июня 2026 138 просмотров
Выбранные
icon