Выбрать плеер:
Buxarada UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan tarixi məkan - Baku TV
Prezident İlham Əliyevin Buxaraya səfəri zamanı ziyarət etdiyi məkanlardan biri Buxaranın ürəyində ucalan, şəhərin əsas simvollarından sayılan möhtəşəm Kalyan minarəsidir.
XII əsrdə inşa edilən minarənin hündürlüyü 45 metrdən çoxdur. Bişmiş kərpicdən hazırlanmış naxışları ilə diqqətçəkən Kalyan minarəsi yalnız dini məqsədlə deyil, həm də şəhəri müşahidə etmək üçün istifadə olunub.
Maraqlıdır ki, 1220-ci ildə Buxaranı işğal edən Çingiz xanın yürüşü zamanı şəhərdə baş verən dağıntılardan Kalyan minarəsi salamat çıxıb.
Bu gün Kalyan minarəsi Kalyan məscidi və Mir-i Ərəb mədrəsəsi ilə birlikdə Buxaranın zəngin tarixi və memarlıq irsini özündə yaşadan Kalyan kompleksinin əsas abidələrindən biridir.
Скопировано
