Выбрать плеер:
Prezident və birinci xanım İsmayıl Samani türbəsi ilə tanış olublar - Baku TV
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.
Bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir. Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.
Скопировано
Тег #İlham Əliyev используется
- İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV
- Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV
- Prezident İlham Əliyev və birinci xanım "Ark" qalasında olublar - Baku TV
- Millət vəkili Prezidentin Özbəkistana uğurlu səfərindən danışdı
