Выбрать плеер:
Prezident İlham Əliyev və birinci xanım "Ark" qalasında olublar - Baku TV
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.
“Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.
Скопировано
Тег #İlham Əliyev используется
- İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV
- Prezidentin sosial media hesablarında Buxaradan video paylaşılıb - Baku TV
- Prezident və birinci xanım İsmayıl Samani türbəsi ilə tanış olublar - Baku TV
- Millət vəkili Prezidentin Özbəkistana uğurlu səfərindən danışdı
