Ermənistan Azərbaycan işçi qrupları yaradılacaq | Proseslərin detalları açıqlandı
Ermənistan, ABŞ və Azərbaycan arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda iş prosesinə başlanılacaq. İşçi qruplar yaradılacaq və həmin andan əlavə məlumatların verilməsinə ehtiyac yaranarsa, hökumət bunu mütləq verəcək.
Bunu avqustun 14-də jurnalistlərə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
Nazir işçi qrupların formalaşdırılmasının çox vaxt aparmayacağına əmin olduğunu vurğulayıb.
Azərbaycanlıların Ermənistan ərazisindən keçərkən erməni sərhədçiləri ilə görüşüb-görüşməyəcəyinə dair təfərrüatların və dəqiqləşdirmələrin aparılması ilə bağlı suala cavabında isə nazir deyib ki, hazırda məqsədəuyğun hesab edilən qədər məlumat verilib: “Hazırda əlavə edəcəyim heç nə yoxdur”.
David Xudatyan bildirib ki, Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidentinin imzaladığı sənədlərdə qarşılıqlılıq, suverenlik, yurisdiksiya və ərazi bütövlüyü prinsipləri aydın şəkildə göstərilib: “Bundan irəli gələrək Ermənistanın yolları Ermənistanın yurisdiksiyasında olacaq”.
“Sülh sazişinin paraflanması Ermənistanı sülhə doğru yaxınlaşdırır. Bu hər bir ölkə vətəndaşı üçün çoxdan gözlənilən, sevincli və mühüm hadisədir”, – deyə D.Xudatyan əlavə edib.
Тег #Ermənistan используется
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV
- Qazaxıstan Prezidentindən Azərbaycan və Ermənistanla bağlı açıqlama - Baku TV
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV CANLI
- “Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA
- Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI
