Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar
Ermənistan Milli Təhlükəsizlik Xidməti Erməni Apostol Kilsəsinin dini lideri II Qareginin hazırda həbsdə olan qardaşı arxiyepiskop Ezras Nersisyanın xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələrinin müəyyən edildiyini açıqlayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Nersisyanın həmçinin 1986-1988-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (KQB) ilə əməkdaşlıq etdiyini bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan və həyat yoldaşına məxsus olan “Haykakan Zamanak” qəzeti isə keçmiş prezident Serj Sarkisyanın da sovet dönəmində KQB-yə “Nərimanov” kod adı ilə işlədiyini yazıb.
Hətta 2016-cı ildə Ermənistan parlamentində bir sıra qanun layihələrinin müzakirəsi zamanı fraksiyalar arasında mübahisə yarandığı, Sarkisyanın “Nərimanov” kod adı ilə KQB-yə işləməsinin xüsusi vurğulandığı deyilir.
Bundan başqa, Sarkisyanın vaxtilə Bakıdakı Zaqafqaziya Komsomol Məktəbində təhsil aldığı, Azərbaycanda erməni təbliğatına qarşı kampaniyalarda iştirak etdiyi iddia olunur. Lakin Sarkisyanın KQB-nin Azərbaycandakı bürosunun adamı olmasına rəğmən, daha sonra Moskvanın yönləndirməsi ilə ermənipərəstliyi əsas götürdüyü deyilir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da 2012-ci ildə mətbuata müsahibəsində bu iddiaları təsdiqlədiyi bildirilir.
Тег #Ermənistan используется
- Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
