Выбрать плеер:

Gizlənmək üçün “qadın” olan Emin Hüseynovun “şanlı” tarixçəsini xatırlayaq - Baku TV

15 февраля 2026 113 просмотров

Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verib.

Mehriban Əliyevanın Emin Hüseynova: "Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?" sualı bəlkə də gənc nəslə tanış olmaya bilər. Ancaq birinci xanım bu sualla Emin Hüseynovun keçmişindəki "səfirlik macərası"nın bəzi məqamlarına xatırlatma edir.

Əvvəlcə xatırladaq ki, Emin Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən Emin Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik "amerikalı hərbçi xanımla evli olan" Hüseynovun bu istəyini rədd edir.

"Azadlıq radiosu" məsələni bu cur qələmə verir: "Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: "Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm". Hoqan deyir ki, kömək edə bilməz".

Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

"O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə çıxdı", – deyə başqa bir mənbədə deyilir.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.

Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan Emin Hüseynov hazırda da İsveçrədə yaşayır.

Скопировано
İran Azərbaycan ərazisini hədəfə aldı | Naxçıvana PUA hücumu - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

İran Azərbaycan ərazisini hədəfə aldı | Naxçıvana PUA hücumu - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

Siyasət
05 марта 2026 113 просмотров
Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Siyasət
05 марта 2026 113 просмотров
Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Siyasət
04 марта 2026 113 просмотров
Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Siyasət
04 марта 2026 113 просмотров
ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

Siyasət
04 марта 2026 113 просмотров
İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
04 марта 2026 113 просмотров
İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

Siyasət
04 марта 2026 113 просмотров
Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Siyasət
04 марта 2026 113 просмотров
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

Siyasət
04 марта 2026 113 просмотров
İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

Siyasət
04 марта 2026 113 просмотров
Выбранные
icon