Hikmət Hacıyev tarixi reallıqları xatırlatdı | "Ağır nəticələrlə qarşılaşdıq, amma..." - Baku TV
“Bizim niyyətimiz, yəni Qlobal Cənub olaraq təcrid və ya qarşıdurma yaratmaq deyil. Məqsədimiz Qlobal Cənub ölkələri və dünyanın digər bölgələri ilə ədalət prinsiplərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq qurmaqdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O, təəssüflə qeyd edib ki, bir çox ölkələr illər boyu ciddi ədalətsizliklərlə üzləşiblər:
“Cəmi altı il əvvəl mənim ölkəmin ərazilərinin 20 faizi işğal altında idi. Azərbaycan hərbi işğal, təcavüz, mədəni irsin məhv edilməsi və etnik təmizləmə kimi ağır nəticələrlə qarşılaşmışdı. Bundan əlavə, ölkə ərazisinin təxminən 13 faizi hərbi fəaliyyətlərin nəticəsi olaraq minalarla çirkləndirilib. Lakin biz buna son qoya, öz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edə, eləcə də qonşu Ermənistanla əməkdaşlıq və qarşılıqlı fəaliyyət prosesinə başlaya bildik. Bu həm də onu göstərir ki, regionumuzda yeni status-kvonun və yeni reallıqların tarixi ədalət əsasında formalaşdırılması üçün regional liderlik nümayiş etdiririk”.
Prezidentin köməkçisi vurğulayıb ki, biz ədaləti özümüz təmin etdik:
“Demək istədiyim odur ki, bəzən beynəlxalq ictimaiyyətdən daha çox şey gözləyirik. Azərbaycanın 1990-cı illərin əvvəllərində – müstəqilliyini bərpa etdiyi dövrdə də belə olmuşdu. Biz beynəlxalq ictimaiyyətdən və beynəlxalq ədalətdən böyük gözləntilər içində idik. Amma bu gözləntilər özünü doğrultmadı. Nəticədə, biz ədaləti özümüz təmin etdik. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını da özümüz həyata keçirdik”.
Тег #Hikmət Hacıyev используется
- "Bəzi ölkələr buna müqavimət göstərir" | Prezidentin köməkçisi müstəmləkəçilikdən danışdı - Baku TV
- Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın açıqlamasını pislədi - Baku TV
- Hikmət Hacıyev Avropa Parlamentinin qərəzli qətnaməsindən danışdı - Baku TV
- Azərbaycan Beynəlxalq Qızıl Xaç komitəsinin işini qənaətbəxş hesab etmir - Baku TV
- Xarici diplomatlar Xankəndidəki Zəfər parkını ziyarət ediblər - Baku TV
