Выбрать плеер:
İlham Əliyev və İraq Kürdüstan Regionunun Baş naziri arasında mühüm müzakirələr
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
Məsrur Bərzani vurğulayıb ki, İraq Kürdüstan Regionunun başçısı Azərbaycana səfərlərindən, o cümlədən COP zamanı ölkəmizə gəlməsindən çox məmnundur.
Söhbət zamanı Azərbaycan ilə İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkili, onların arasında birbaşa təmasların yaradılması və biznes-forumların keçirilməsinin vacibliyi qeyd olunub.
Скопировано
