Выбрать плеер:
İrana neçə ton humanitar yardım göndərildi? – Agentlik rəsmisindən açıqlama - Baku TV
"Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb".
Bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.
Qeyd edək ki, humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kiloqrama yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.
Скопировано
