Выбрать плеер:

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

10 марта 2026 55 просмотров

ABŞ, İsrail və İran arasında davam edən müharibənin qurbanları sırasında təəssüf ki, artıq bir azərbaycanlının da adı var.

Azərbaycanın İsraildəki səfirliyinin məlumatına görə, martın 9-da İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. O, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, adıçəkilən ölkədə yaşayırdı.

Həlak olan şəxslərdən digəri isə Buxara yəhudisi 40 yaşlı Rüstəm Qulomovdur.

İsrail mediasının məlumatına görə, raketin daşıdığı kasetli bomba havada parçalanaraq geniş əraziyə onlarla kiçik bomba səpib. Onlardan biri birbaşa tikinti meydançasına düşüb.

Hadisə zamanı işçilərin bir hissəsi hava həyəcanı siqnalından sonra sığınacaqlara enə bilsə də, Rüstəm Qulomov və Amid Murtuzov təhlükəsiz məkana çatmağa imkan tapmayıblar. Xilasedicilərdən birinin sözlərinə görə, onlardan biri hadisə yerində həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, sonradan aldığı xəsarətlərdən martın 10-da dünyasını dəyişib.

İsrail rəsmiləri bildirirlər ki, həmin tikinti sahəsində olan onlarla fəhlə sığınacaqlara daxil olduğu üçün sağ qalıb. Rəsmi qurumlar hava həyəcanı siqnallarına dərhal reaksiya verməyin həyatları xilas etdiyini vurğulayır.

Qeyd edək ki, İranın son hücumlarında qadağan olunmuş kasetli bombalardan istifadə olunduğu bildirilir. Bu silahlar havada parçalanaraq geniş əraziyə çoxsaylı partlayıcı elementlər yaydığına görə mülki şəxslər üçün xüsusilə təhlükəli sayılır.

Diqqətlər Bakıda | "Azərbaycan hazırda geosiyasi müzakirələrin mərkəzində yerləşir" - Baku TV

Diqqətlər Bakıda | "Azərbaycan hazırda geosiyasi müzakirələrin mərkəzində yerləşir" - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
“Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel

“Bu siyasi razılaşma düzgün istiqamətdə atılmış addımdır” | Şarl Mişel

Siyasət
12 марта 2026 55 просмотров
Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV

Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV

Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV

İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV

Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
İran sürpriz qutusunu açdı: Hörmüz minalandı, proksi qüvvələr İsraillə kütləvi zərbə endirdi

İran sürpriz qutusunu açdı: Hörmüz minalandı, proksi qüvvələr İsraillə kütləvi zərbə endirdi

Siyasət
12 марта 2026 55 просмотров
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı - Baku TV

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
Rusiya Azərbaycan vasitəsilə İrana nələr yollayır? - Baku TV

Rusiya Azərbaycan vasitəsilə İrana nələr yollayır? - Baku TV

Siyasət
12 марта 2026 55 просмотров
Ankara Universitetinin professoru faciələrin səbəbini açıqladı

Ankara Universitetinin professoru faciələrin səbəbini açıqladı

Siyasət
12 марта 2026 55 просмотров
Выбранные
icon