Выбрать плеер:

Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia

05 февраля 2026 240 просмотров

“Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, hər iki şəxs bu gərginliyə əvvəlcədən hazır olub:

“Simonyan Baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir. Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib.

Nazir spikerə söyləyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək. Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib.

Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.

“Ermənistan Rusiyanın müttəfiqidir” xatırlatmasını edən xarici işlər nazirinin sonrakı cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür.

Lavrovun sözlərinin əksinə olaraq Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib. Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmir yolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir”.

Скопировано
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək - Baku TV

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
Selin fəsadlarının aradan qaldırılması üçün nə qədər vəsait ayrıldı? - Baku TV

Selin fəsadlarının aradan qaldırılması üçün nə qədər vəsait ayrıldı? - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
ABŞ–İran xəttində gərgin mərhələ: raketlər yenidən hazır vəziyyətə gətirilir? - AKTUAL GÜNDƏM

ABŞ–İran xəttində gərgin mərhələ: raketlər yenidən hazır vəziyyətə gətirilir? - AKTUAL GÜNDƏM

Siyasət
28 апреля 2026 240 просмотров
Azərbaycan əleyhinə qətnamələr gündəmə gətirilir: Siyasi mesajın arxasındakı gizli məqamlar

Azərbaycan əleyhinə qətnamələr gündəmə gətirilir: Siyasi mesajın arxasındakı gizli məqamlar

Siyasət
28 апреля 2026 240 просмотров
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi - Baku TV

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
Sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayrıldı - Baku TV

Sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayrıldı - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
Prezidentin sosial şəbəkə hesablarında Babişin səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Babişin səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimə başladı - Baku TV CANLI

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimə başladı - Baku TV CANLI

Siyasət
28 апреля 2026 240 просмотров
Azərbaycan Avropa İttifaqı və NATO üzvləri üçün niyə cazibədardır? - AKTUAL GÜNDƏM

Azərbaycan Avropa İttifaqı və NATO üzvləri üçün niyə cazibədardır? - AKTUAL GÜNDƏM

Siyasət
28 апреля 2026 240 просмотров
Çexiya və Azərbaycan münasibətləri: İqtisadi tərəfdaşlıqda yeni mərhələ - Baku TV

Çexiya və Azərbaycan münasibətləri: İqtisadi tərəfdaşlıqda yeni mərhələ - Baku TV

Siyasət
28 апреля 2026 240 просмотров
Выбранные
icon