Выбрать плеер:
Mikayıl Cabbarov Andrey Sibiqa ilə nələri müzakirə etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsini müzakirə etdik. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", – deyə o qeyd edib.
Скопировано
