Moldova səfiri Aleksandr Esaulenko bərpa-quruculuq işini yüksək qiymətləndirib - Baku TV
Azərbaycanda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, xüsusilə məcburi köçkünlərin qayıdışı, infrastrukturun yenidən qurulması və mədəni irsin bərpası diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir.
Bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko bildirib.
Diplomat Şuşada həyata keçirilən layihələrə də toxunaraq yeni məscidin tikintisini və onun 70 metr hündürlüyündə minarələrini xüsusi vurğulayıb:
“Bu məscid Şuşanın incilərindən birinə çevriləcək”.
O həmçinin Qazançı kilsəsində olduğunu, aparılan bərpa işlərini yüksək qiymətləndirdiyini deyib:
“Şuşada yerləşən Qazançı kilsəsi təkcə qorunmayıb, həm də əvvəlki vəziyyətindən daha yaxşı şəkildə bərpa olunub. Bu, Azərbaycan rəhbərliyinin mədəni irsə münasibətinin bariz nümunəsidir”.
Тег #Moldova səfirliyi используется
