Qarabağ səfərindən müsbət təəssüratlar alan tacikistanlı diplomat - Baku TV
“Şuşaya, Laçına, Zəngilana, Xankəndiyə hər gəlişimdə yeni obyektlər, maraqlı yerlər, hotellər görürəm. İnfrastruktur sürətlə inkişaf edir. Bu onu göstərir ki, Azərbaycan hökuməti regionun inkişafına xüsusi diqqət ayırır”.
Bu barədə jurnalistlərə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.
Onun sözlərinə görə, qonaqların və turistlərin bölgəyə marağı da getdikcə artır:
“Mən Azərbaycan Respublikası Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirirəm ki, bizə məhz yaz mövsümündə bu bölgəni ziyarət etmək imkanı yaradılıb. Regionun unikal təbiətini canlı görmək çox xoş təsir bağışladı. Həyat yoldaşımla birlikdə burada olduq. Yenidən ailəvi şəkildə bu bölgəyə gəlmək istərdik. Xüsusilə Şuşanı çox bəyəndik”.
