Prezident Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə nələri müzakirə etdi? - Baku TV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri ətraflı müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycan və Bosniya və Herseqovina arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb. Tərəflər iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi və investisiya layihələri ətrafında fikir mübadiləsi aparıblar. Jelka Tsviyanoviç Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətini qeyd edərək, Azərbaycanın regionda sülh və əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək qiymətləndirib. Müzakirələrdə həmçinin parlamentlərarası əlaqələr və humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunulub.
Тег #İlham Əliyev используется
- Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV
- Neft və qaz qiymətlərinin yüksəlişi bir çox problemlər yaradır | Prezidentdən açıqlama - Baku TV
- Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
- Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV
