Выбрать плеер:
Prezident Naxçıvanın turizm potensialının artırılması ilə bağlı görülən işlərdən danışdı - Baku TV
Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir.
Bu fikri Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.
“Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”, – deyə dövlət başçısı qeyd edib.
Скопировано
