Выбрать плеер:

Prezident Sumqayıtda avtomobil istehsalı zavodunun açılışında iştirak edib

30 апреля 2025 476 просмотров

Prezident İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.

Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.

Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.

Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir.

Bu gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. İndiyədək Parkın rezidentləri tərəfindən ümumilikdə təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirilib ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlət başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb.

Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq.

Скопировано
Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 декабря 2025 476 просмотров
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 декабря 2025 476 просмотров
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 декабря 2025 476 просмотров
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 476 просмотров
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 декабря 2025 476 просмотров
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 декабря 2025 476 просмотров
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 декабря 2025 476 просмотров
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 декабря 2025 476 просмотров
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 декабря 2025 476 просмотров
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 декабря 2025 476 просмотров
Выбранные
icon