Выбрать плеер:
Prezidentdən sərəncam | Yüksək vəzifəyə təyin edilən şəxs kimdir?
Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Cavid Vəliyev 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzi, 2009-2019-cu illər arasında isə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb. O, Türkiyə, ABŞ və Avropada nəşr olunan jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.
Скопировано
