Выбрать плеер:
Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib
"Müstəqilliyimizin ilk illərində beynəlxalq institutlara, o cümlədən ATƏT-ə böyük ümidlər bəsləmişdik".
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev XIII Qlobal Bakı Forumunda "Multilateralizmin böhranı – qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, ATƏT daha geniş Avro-Atlantik məkanında sülh və təhlükəsizlik məsələlərində uğursuz bir layihəyə çevrildi:
"Biz uzun müddət davam edən münaqişəni hərbi-siyasi vasitələrlə həll etdik. Bunun nəticəsində sülh mövcuddur və Ermənistanla Azərbaycan sülh gündəliyini irəli aparmaq üçün parametrlər üzərində işləyirlər".
Скопировано
