Выбрать плеер:

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi  |  "Sülh göyərçinləri"nin çirkin planı necə pozuldu?

21 декабря 2025 380 просмотров

“Qarabağ xronikası” verilişində 1997-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və “paket həll variantı” kimi tanınan sənədin Qarabağ danışıqlarında mahiyyət etibarilə yanaşma dəyişikliyi yaratdığı qeyd olunub.

Bildirilib ki, 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində əsas prinsip Azərbaycanın suverenliyi və ərazi bütövlüyü olduğu halda, 1997-ci ilin yayında irəli sürülən bu sənəd həmin prinsipləri formal şəkildə saxlayaraq məzmun baxımından onları zəiflətməyə yönəlib.

Sənəddə “Dağlıq Qarabağ” ayrıca tərəf və öhdəlik daşıyan subyekt kimi təqdim olunub, bununla da danışıqlar prosesində gizli üçtərəfli modelin formalaşdırılmasına cəhd edilib.

Verilişdə vurğulanıb ki, “paket variantı” təhlükəsizlik və status məsələlərini ayrılmaz şəkildə birləşdirərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsində suveren nəzarətin beynəlxalq mexanizmlərlə əvəzlənməsini, Laçın yolunun xüsusi beynəlxalq rejimli dəhlizə çevrilməsini və Qarabağda kvazi-dövlət xarakterli strukturun yaradılmasını nəzərdə tuturdu.

Qeyd olunub ki, rəsmi Bakı bu yanaşmanı qəti şəkildə rədd edib və “Dağlıq Qarabağ”ın ayrıca tərəf kimi tanınmasına imkan verməyib. Nəticədə, sənəd həyata keçirilməsə də, sonrakı illərdə gündəmə gətirilən “mərhələli həll” və “ümumi dövlət” modellərinin ideoloji əsaslarının məhz bu paketdə formalaşdığı diqqətə çatdırılıb.

Verilişdə vurğulanıb ki, 1997-ci ilin “paket həll variantı” Qarabağ danışıqları tarixində açıq şəkildə səsləndirilməsə də, Azərbaycanın suverenliyinə yönəlmiş ən riskli diplomatik cəhdlərdən biri kimi yadda qalmalı olan mühüm mərhələdir.

Скопировано
Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Siyasət
25 июня 2026 380 просмотров
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

Siyasət
24 июня 2026 380 просмотров
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

Siyasət
24 июня 2026 380 просмотров
Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Siyasət
24 июня 2026 380 просмотров
Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Siyasət
24 июня 2026 380 просмотров
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Siyasət
24 июня 2026 380 просмотров
İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 июня 2026 380 просмотров
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 июня 2026 380 просмотров
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 июня 2026 380 просмотров
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 июня 2026 380 просмотров
Выбранные
icon