Выбрать плеер:

Qarabağdan siyasi spekulyasiyalarda istifadə olunması qəbuledilməzdir | Azərbaycan XİN - Baku TV

05 апреля 2026 36 просмотров

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilən görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub”.

Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qabuledilməzliyi barədə Rəsmi Bakının mövqeyi və bunun dayandırılmasına dair gözləntiləri Rusiya Prezidentinin Administrasiyasının, hökumətin və Xarici İşlər Nazirliyinin diqqətinə çatdırılıb.

“Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.

Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq tam bərqərar olub”, – deyə açıqlamada qeyd olunub.

Sonda bildirilib ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi - Baku TV

Siyasət
07 апреля 2026 36 просмотров
Kiyevin Yaxın Şərq planı | ABŞ-nin İranda gizli əməliyyatı | Ərdoğandan açıqlama - YENİ BİR SƏHƏR

Kiyevin Yaxın Şərq planı | ABŞ-nin İranda gizli əməliyyatı | Ərdoğandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
07 апреля 2026 36 просмотров
Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV

Gürcüstan mətbuatı İlham Əliyevin səfərini geniş işıqlandırıb - Baku TV

Siyasət
07 апреля 2026 36 просмотров
Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Dünya mediasında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nələr yazıldı? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
06 апреля 2026 36 просмотров
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb

Siyasət
06 апреля 2026 36 просмотров
İlham Əliyev Gürcüstandan belə yola salındı - Baku TV

İlham Əliyev Gürcüstandan belə yola salındı - Baku TV

Siyasət
06 апреля 2026 36 просмотров
Tbilisidə Prezident İlham Əliyevin şərəfinə lanç verilib - Baku TV

Tbilisidə Prezident İlham Əliyevin şərəfinə lanç verilib - Baku TV

Siyasət
06 апреля 2026 36 просмотров
“Orta Dəhliz regionunun mahiyyəti artır” | Kobaxidze Azərbaycanla tərəfdaşlıqdan danışdı - Baku TV

“Orta Dəhliz regionunun mahiyyəti artır” | Kobaxidze Azərbaycanla tərəfdaşlıqdan danışdı - Baku TV

Siyasət
06 апреля 2026 36 просмотров
Birinci xanım Mehriban Əliyeva Gürcüstanda bu muzeylərdə olub - Baku TV

Birinci xanım Mehriban Əliyeva Gürcüstanda bu muzeylərdə olub - Baku TV

Siyasət
06 апреля 2026 36 просмотров
İlham Əliyevin Gürcüstana dövlət səfəri ilə bağlı detallar - ANA XƏBƏR

İlham Əliyevin Gürcüstana dövlət səfəri ilə bağlı detallar - ANA XƏBƏR

Siyasət
06 апреля 2026 36 просмотров
Выбранные
icon