"Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV
"Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum olub".
Bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.
"Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, səkkizi şagirddir. 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır”, – deyə nazir bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.
Bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
"Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur. Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm", – deyə Prezident bildirib.
Türkiyədə məktəblərə silahlı hücumla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də qardaş ölkəyə başsağlığı verib. Bu barədə Nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirib. Bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq", – deyə mətndə qeyd edilib.
Тег #Azərbaycan Xarici İşlər Nazirliyi используется
- Rəsmi Bakı Kremlə səsləndi | Trampdan xəbərdarlıq | Əraqçidən sərt tənqid - YENİ BİR SƏHƏR
- Qarabağdan siyasi spekulyasiyalarda istifadə olunması qəbuledilməzdir | Azərbaycan XİN - Baku TV
- Azərbaycan və İran XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV
- XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV
- Ciddədən növbəti evakuasiya reysi planlaşdırılıb | Ceyhun Bayramov
