Выбрать плеер:
"Nakişi kimi Naxçıvana zərbə endirmək..." | Prezident İranın nankorluğunu ifşa etdi - Baku TV
"Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur".
Bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
Dövlət başçısı əlavə edib:
"Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək".
Скопировано
Тег #İlham Əliyev используется
- Türkiyə Prezidenti Azərbaycana dəstəyini ifadə etdi - Baku TV
- Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
- “Özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir” | Prezident
- Azərbaycan Prezidenti Tehranın hansı xahişini yerinə yetirib?
- “İran rəsmiləri tərəfindən izahat verilməli, üzr istənilməlidir” | Prezident
