Выбрать плеер:
"Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik" | Prezident - Baku TV
“Biz bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə etmişik. Ötən ay isə Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb”.
Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri və Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Prezident əlavə edib ki, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması da mühüm nailiyyətlər sırasındadır.
Скопировано
