Siyasət
Выбрать плеер:

Rəcəb Tayyib Ərdoğan COP29-la bağlı paylaşım etdi

13 ноября 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.

Dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb.

“İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”, – deyə o bildirib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir:

“Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59%-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü ilə qədər xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilə qədər 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik. 2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.

Dövlət başçısı həmçinin qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. R.T.Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.

Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib.

“Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Скопировано
Belçika Baş nazirinin Bakı bulvarında idman etdiyi anlar

Belçika Baş nazirinin Bakı bulvarında idman etdiyi anlar

Siyasət
13 ноября 2024
İqlim dəyişikliyi ilə bağlı hədəflər | COP29-da hansı təkliflər edilir? - BAKU AKTUAL

İqlim dəyişikliyi ilə bağlı hədəflər | COP29-da hansı təkliflər edilir? - BAKU AKTUAL

Siyasət
13 ноября 2024
Mavi Zonada hansı tədbirlər keçirildi? - Əməkdaşımız məlumatları açıqladı

Mavi Zonada hansı tədbirlər keçirildi? - Əməkdaşımız məlumatları açıqladı

Siyasət
13 ноября 2024
Prezidentdən AŞPA ilə bağlı sərt mesajlar | İşlərimizə müdaxilə etməyin!

Prezidentdən AŞPA ilə bağlı sərt mesajlar | İşlərimizə müdaxilə etməyin!

Siyasət
13 ноября 2024
Ayxan Hacızadə ABŞ ilə münasibətlərin gələcəyi və yaşıl enerjiyə keçid planlarından danışdı

Ayxan Hacızadə ABŞ ilə münasibətlərin gələcəyi və yaşıl enerjiyə keçid planlarından danışdı

Siyasət
13 ноября 2024
Prezident bu ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırdı

Prezident bu ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırdı

Siyasət
13 ноября 2024
Macarıstanın Baş naziri Viktor Orban COP29-la bağlı gözləntilərini açıqladı

Macarıstanın Baş naziri Viktor Orban COP29-la bağlı gözləntilərini açıqladı

Siyasət
13 ноября 2024
Xəzər dənizi təhlükə altında | Ayxan Hacızadə Ermənistanla bağlı xəbərdarlıq etdi

Xəzər dənizi təhlükə altında | Ayxan Hacızadə Ermənistanla bağlı xəbərdarlıq etdi

Siyasət
13 ноября 2024
XİN sözçüsü Ermənistanın COP29-da iştirakı ilə bağlı suallara aydınlıq gətirdi

XİN sözçüsü Ermənistanın COP29-da iştirakı ilə bağlı suallara aydınlıq gətirdi

Siyasət
13 ноября 2024
XİN-dən açıqlama | Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanla bağlı hansı qərarı verdi?

XİN-dən açıqlama | Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanla bağlı hansı qərarı verdi?

Siyasət
13 ноября 2024
Выбранные
icon