Выбрать плеер:

Rəqəmsallıq və süni intellekt Azərbaycana nələr qazandıracaq? - Rəqəmsal güc doktrinası - Baku TV

12 февраля 2026 372 просмотров

Dünya yeni sənaye inqilabı dövrünü yaşayır. Bu dəfə əsas resurs neft, qaz yox, məlumatdır. Əsas güc isə süni intellektdir. 2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata 16 trilyon dollar əlavə dəyər qazandıracağı proqnozlaşdırılır.

Rəqəmsal iqtisadiyyat artıq ənənəvi iqtisadiyyatı üstələmək üzrədir. Belə bir dövrdə “yeni rəqəmsal arxitektura”sı ilə Azərbaycan da yeni mərhələyə keçir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə açıq mesaj verildi ki, süni intellekt dövlət idarəçiliyində geniş tətbiq olunmalıdır. Yəni bu, artıq seçim yox, zərurətdir.

Dövlət başçısı vurğulayıb ki, inkişaf etmiş ölkələrdə süni intellekt agentləri dövlət məmurlarının gündəlik fəaliyyətində qərarvermə prosesinə dəstək verir. Yəni söhbət texnologiyanın vitrin kimi nümayişindən yox, real idarəetmə alətinə çevrilməsindən gedir.

Bu məqsədlə hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin ayrılması təklif olunur. Bu, sistemli və mərkəzləşdirilmiş yanaşmanın formalaşması deməkdir.

Fəaliyyət planına gəlincə, bu, dörd əsas sütun üzərində qurulub: rəqəmsallaşma, süni intellektin tətbiqi, innovasiya ekosistemi və kibertəhlükəsizlik.

Son illər ölkəmizdə infrastruktur baxımından ciddi irəliləyiş var. “Onlayn Azərbaycan” layihəsi nəticəsində internetin orta sürəti 12 meqabitdən 90 meqabitə yüksəlib. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər bu sürətin 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır. “Hökumət buludu” artıq tam qurulub. 270 dövlət qurumu öz rəqəmsal resurslarını burada yerləşdirir. “SİMA” biometrik imzasından 4 milyon istifadəçi yararlanır. “mygov” platformasının istifadəçi sayının isə bu ilin sonuna qədər 5 milyona çatdırılması hədəflənir.

Bu rəqəmlər göstərir ki, baza formalaşır. Amma əsas məsələ əlavə dəyərin yaradılmasıdır. Hazırda Azərbaycanın İKT ixracı təxminən 100 milyon dollar civarındadır. Hədəf bunu azı 10 dəfə artıraraq 1 milyard dollara çatdırmaqdır. Bunun üçün innovasiya ekosisteminin gücləndirilməsi, startapların maliyyələşməsi, “sandbox” mexanizmlərinin tətbiqi, vençur və kradfandinq alətlərinin yaradılması nəzərdə tutulur.

Nəticə etibarilə, Azərbaycanın qarşısında iki seçim var: ya texnologiyanın istehlakçısı olmaq, ya da onun istehsalçısına çevrilmək. Yeni rəqəmsal arxitektura göstərir ki, Bakı ikinci yolu seçib. Süni intellekt artıq gələcəyin mövzusu deyil. O bu günün idarəetmə alətidir və Azərbaycan bu yarışda geridə qalmaq yox, aparıcı mövqelərdən birini tutmaq iddiasındadır.

Скопировано
Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
09 марта 2026 372 просмотров
Oğul Xamenei atasından nə ilə fərqlənir? | Ekspertlərdən açıqlama - Baku TV

Oğul Xamenei atasından nə ilə fərqlənir? | Ekspertlərdən açıqlama - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
Azərbaycanda özümü təhlükəsiz hiss edirəm | İrandan təxliyə edilən Pakistan vətəndaşı - Baku TV

Azərbaycanda özümü təhlükəsiz hiss edirəm | İrandan təxliyə edilən Pakistan vətəndaşı - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
Yaxın Şərqdə yeni güc balansı: İran zəifləyir, yoxsa daha təhlükəli olur? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə yeni güc balansı: İran zəifləyir, yoxsa daha təhlükəli olur? - AKTUAL GÜNDƏM

Siyasət
09 марта 2026 372 просмотров
Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV

Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV

Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM

İran böhranının yaratdığı iqtisadi çətinliklərə Avropa davam gətirə biləcək? - AKTUAL GÜNDƏM

Siyasət
09 марта 2026 372 просмотров
Biləcəridən Ermənistana yola salınan qatarda nələr var? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarda nələr var? - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
Fransa səfiri Azərbaycan dilində xanımları təbrik etdi | "Bu hadisələri filmə çevirəcəyəm" - Baku TV

Fransa səfiri Azərbaycan dilində xanımları təbrik etdi | "Bu hadisələri filmə çevirəcəyəm" - Baku TV

Siyasət
09 марта 2026 372 просмотров
Astarada təxliyə prosesi aparılır

Astarada təxliyə prosesi aparılır

Siyasət
09 марта 2026 372 просмотров
Выбранные
icon