Выбрать плеер:

Türk dövlətlərinin təhlükəsizlik orqanları rəhbərlərinin Xankəndi toplantısı

18 ноября 2025 174 просмотров

Xankəndidə “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda keçirilən XXVII plenar iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın xidmət rəhbərləri, eləcə də Macarıstandan nümayəndə bir araya gəlib.

Tədbirin açılışında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin müraciətini səsləndirib:

“Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır. Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilib”.

Əli Nağıyev tranzit marşrutların artan risklər fonunda daha güclü koordinasiyaya ehtiyacının olduğunu bildirib:

“Təhlükəsizlik orqanlarının beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsində həlledici rolu var. Qurumlarımız arasında beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıq üzrə məlumat mübadiləsi üçün ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Çıxışlarda terrorçuluq, qaçaqmalçılıq və transmilli mütəşəkkil cinayətkarlığın tranzit xətlərinə yaratdığı təhdidlər xüsusi vurğulanıb. Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik cəhdləri də regional təhlükəsizliyə risk kimi qiymətləndirilib. 

Скопировано
Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 декабря 2025 174 просмотров
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 декабря 2025 174 просмотров
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 декабря 2025 174 просмотров
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 декабря 2025 174 просмотров
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 декабря 2025 174 просмотров
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 декабря 2025 174 просмотров
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 декабря 2025 174 просмотров
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 декабря 2025 174 просмотров
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 декабря 2025 174 просмотров
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 декабря 2025 174 просмотров
Выбранные
icon