XİN liderləri nəyi müzakirə etdilər? - Baku TV
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Onlar həmçinin ticarətin, kommunikasiyaların, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər regional və qlobal proseslər barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiq edib və Azərbaycanla Ukrayna arasında davamlı yüksək səviyyəli dialoqun və tərəfdaşlığın vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər həmçinin Azərbaycan və Ukrayna arasında mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar ki, bu da ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi bazanı daha da möhkəmləndirəcək.
Тег #Xarici İşlər Nazirliyi используется
- Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq - ANA XƏBƏR
- Azərbaycan XİN-dən Rusiyaya etiraz | Nə baş verdi? - Baku TV
- Ceyhun Bayramov və Kaya Kallas əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib - Baku TV
- Xarici işlər naziri qondarma “erməni soyqırımı” ilə bağlı bəyanata reaksiya verib - Baku TV
- Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI
