Выбрать плеер:
Zakir Həsənov Ankarada | Nazirlər arasında müzakirə olunan məsələlər açıqlandı
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. İkitərəfli formatda keçirilən görüşdə ölkələr arasında strateji müttəfiqlik və hərbi əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı qeyd edilib. Nazirlər hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin edilməsi yollarını müzakirə ediblər.
Скопировано
