235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
“Hərbi xronika”nın budəfəki buraxılışında Azərbaycanın İsrailin “Elbit Systems” şirkəti ilə imzaladığı 235 milyon dollarlıq yeni hərbi müqavilə, “PULS” reaktiv yaylım atəşi sistemlərinin üstünlükləri və Azərbaycan Ordusunun döyüş imkanlarına təsiri təhlil olunub.
Bildirilib ki, oktyabrın 19-da tanınmış “Globes” nəşrinin yaydığı və İsrailin “Elbit Systems” şirkəti ilə bir avropalı müştəri, əlavə dəqiqləşdirmələrə görə isə konkret olaraq Azərbaycanla 235 milyon dollarlıq hərbi müqavilə barədə xəbər ötən günün əsas mövzularından olub.
Məqaləyə görə, söhbət “PULS” reaktiv yaylım atəşi sistemlərindən və 80 kilometrədək məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq üçün nəzərdə tutulan “EXTRA-MR” raketlərindən gedir. Tədarükə raket artilleriyası ilə əlaqəli əlavə platformalar və inteqrasiya olunmuş logistik dəstək daxildir.
Başqa sözlə, söhbət yalnız raketlərin alınmasından getmir və paket buraxılış vasitələrini, əlavə texniki imkanları, eləcə də sistemlərin istismarına xidmət dəstəyini də əhatə edir. Üç il ərzində icrası planlaşdırılan bu razılaşmanın Azərbaycanın raket artilleriyası imkanlarını xeyli genişləndirəcəyi bildirilir.
Bəs bu silahların əsas üstünlüyü nədədir və müqavilə Azərbaycan Ordusunun müasir döyüş meydanındakı imkanlarına nə əlavə edə bilər?
#İsrail teqi istifadə olunub
- Tehran, Vaşinqton və Təl-Əviv qarşı-qarşıya: Danışıqlar, yoxsa müharibə? - Baku TV
- Tramp və Netanyahu arasında yeni müzakirələr | İran üçün hansı plan hazırlanır? - Baku TV
- İsrailin Baş naziri İrana qarşı əməliyyatları hazırda əlverişli hesab etmədi - Baku TV CANLI
- Azərbaycan və İsrail prezidentləri hansı məsələləri müzakirə etdilər? - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
