Pleyeri seçin:

30 dəqiqədə Xocalı sakinlərinin hamısını... | Raşid Beqlaryandan etiraf

07 iyun 2024 528 baxış

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi keçirilib.

Sabunçu Rayon Məhkəməsində Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə R.Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar üzə çıxıb.

Məlum olub ki, Fransadan onun hesablarına 2 milyon avroya yaxın pul köçürülüb. Özünün iddiasına görə isə həbs olunanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədilə ianə ediblər.

O, istintaqa verdiyi ifadəsində Xocalıda və digər Azərbaycan rayonlarında törədilən qırğınlardan danışıb:

“Həmin vaxt Qarabağda silahlı bölük var idi. Bu bölüyə Vitali Balasanyan rəhbərlik edirdi. Həmin vaxt Qarabağda bir çox tapşırıqlar icra edən Seqo Doluxanyanla dostluq etmişik. Seqo 1990-cı ilin əvvəlində döyüşlərdə aktiv iştirak edirdi. O mənə dedi ki, Xocalıda yaşayan azərbaycanlılar bu gün rayonu tərk edəcəklər. Qarabağda əlisilahlı ermənilər onların gedəcəklərini bilirdi".

Onun sözlərinə görə, həmin əlisilahlı ermənilər Əsgəran qalasının yaxınlığında təpələrdə mövqe tutaraq Xocalını tərk edən azərbaycanlıları gözləyiblər.

"Gündüzə yaxın təxminən 150 nəfər azərbaycanlı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Seqo bildirmişdi ki, onların hamısını öldürəcəklər. O, azərbaycanlılara nifrət etdiklərini deyirdi. Təxminən 30 dəqiqədə onların çoxunu öldürə bildik, ermənilər onların öldüyünə əmin olandan sonra əşyalarını soyub geri qayıtdılar", – deyə V.Beqlaryan bildirib.

O vurğulayıb ki, yaxın ərazidə yaşayan ermənilər öldürülən azərbaycanlıların meyitlərinin çürüməsindən və xəstəlik yayılacağından şikayət ediblər, ona görə də həmin cəsədləri toplayaraq Əsgəran qalasının yanında kütləvi məzarlıqda dəfn ediblər.

Hakim təqsirləndirilən şəxsin məhkəmədəki və istintaqdakı ifadələrində ziddiyət olduğunu deyib. Belə ki, R.Beqlaryan istintaqda ifadəsində deyib ki, hadisələrin şahidi olub, lakin məhkəmədə hadisəni ona Seqo Doluxanyanın danışdığını deyib. O, Xocalıdakı qırğınların soyqırımı olduğunu qəbul edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verib.

Eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinir.

Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 528 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 528 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 528 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 528 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 528 baxış
Seçilmişlər
icon