Pleyeri seçin:

ABŞ 2026-cı ildə Cənubi Qafqazda fəaliyyətini artıracaq | Erməni politoloq - Baku TV

26 dekabr 2025 648 baxış

“ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq. Hətta gələn il “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) rəsmi olaraq açılması da istisna edilmir”.

Bu barədə erməni politoloq Suren Sərkisyan deyib.

Ekspertin sözlərinə görə, bu tədbir Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər.

O qeyd edib ki, ABŞ-nin Ermənistanda və bütövlükdə regiondakı prioritetləri və maraqları İrəvanın reallıqları prizmasından yox, qlobal siyasət kontekstində nəzərdən keçirilməlidir:

“Biz “Tramp yolu”na Ermənistan prizmasından baxmağa meyilliyik. Əslində, söhbət təkcə Ermənistan, Azərbaycan və kommunikasiyalardan getmir, bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, Rusiya və Çinin bölgədəki təsirini azaltmağa yönəlmiş daha böyük bir layihənin bir hissəsidir”.

Politoloq vurğulayıb ki, bu, ilk növbədə Mərkəzi Asiya ölkələrindən Avropa bazarına enerji ixracı və Avropanın Rusiyadan asılılığını azaltmaq və öz ərazisindən tranzit etmək istəyi ilə əlaqəlidir:

“Bu kontekstdə “Tramp yolu” qaz-neft boru kəmərləri, eləcə də nəqliyyat və ticarət dəhlizlərinin inşa edilə biləcəyi bir neçə alternativ logistik marşrutdan yalnız biridir. Bu kontekstdə Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında öz ərazisi vasitəsilə əlaqəni təmin etməkdən daha geniş bir geoiqtisadi layihənin bir hissəsidir”.

S.Sərkisyanın fikrincə, Mərkəzi Asiya ölkələri artıq Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar hazırlayır və oxşar planlar son illərdə müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilib:

“Amerikanın regionda aktivliyinin artması 2026-cı ildə nəzərə çarpacaq. Bu çərçivədə “Tramp yolu”nun 43 kilometrlik hissəsinin rəsmi açılışı da mümkündür. Ermənistan hakimiyyəti seçkiqabağı dövrdə bundan istifadə etmək üçün parlament seçkilərindən əvvəl bunun baş verməsində maraqlıdır. Prosesin aktiv mərhələsi yanvar-fevral aylarında başlaya və il boyu davam edə bilər”.

Suren Sərkisyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralda Ermənistana səfər edəcəyini də iddia edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 648 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 648 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 648 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 648 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 648 baxış
Seçilmişlər
icon