ABŞ Azərbaycan və Ermənistandan sülh gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.
Bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda öz əksini tapıb. Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftə Kişinyovda avropalı tərəfdaşlarla görüşəcəklər.
“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Ümid edirik ki, bütün məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla mümkün olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq isə yeni imkanlar yarada bilər. Rəsmi Vaşinqton bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”, – deyə bəyanatda qeyd edilib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
