ABŞ Azərbaycanı niyə hədəf alır?
Yeniliklərdən dərhal xəbərdar olun
Ərazilərimizin işğal altında qaldığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin həlli istiqamətində hər hansı təşəbbüs göstərməyən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası ilə bağlı addım atmayan Amerika Birləşmiş Ştatları indi Ermənistanın havadarı rolunda Azərbaycanı hədəf alır.
Əslində isə şəxsi maraqları naminə Cənubi Qafqazı Yaxın Şərqin, Ukraynanın, Gürcüstanın, İraqın, Əfqanıstanın acınacaqlı durumuna salmaq istədiyi aydındır.
Belə olan halda bir sual yaranır: sülhdən, demokratiyadan, insan haqlarından danışan Birləşmiş Ştatlar bəs Azərbaycan torpaqları işğal altında olanda niyə səsini çıxarmayıb? Əksinə, 1992-ci ildə ölkəmizə qarşı hərbi yardımı qadağan edən “907-ci düzəliş”i qəbul etdi. Bu, riyakarlıq deyilsə, o zaman nədir?
Azərbaycan müstəqil siyasət yürütdüyünü, regionda yeni reallıq yaratdığını və heç bir ölkənin təsiri altında olmadığını sübut edib. Bu isə Birləşmiş Ştatlar kimi imperialist və müstəmləkəçi dövlətlərin işinə yaramır. Çünki Qərb ölkələri çirkin siyasətlərini məhz bu cür həyata keçirir: dövlətlərin müstəqilliyini əlindən almaq, onları alətə çevirib çirkin planlarını həyata keçirmək.
Təbii ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizə qərəzli münasibəti və işğalçıya dəstəyi ərazi bütövlüyümüzə və suverenliyimizə yönələn təxribat, eləcə də beynəlxalq hüquqa hörmətsizlikdir. Bu isə nə sülh prosesinə, nə sabitliyə, nə də əmin-amanlığa xidmət edir. Əksinə, yeni münaqişə ocaqlarının yaranmasına zəmin yaradır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
