Pleyeri seçin:
ABŞ-dən Bakı-İrəvan görüşünə reaksiya
“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan tərəflərinin görüşü planlaşdırılır”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqdə deyib.
O, ABŞ-nin bu görüşdən müəyyən nəticə gözlədiyini bildirib: “ABŞ Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq nikbin yanaşmasa da, bu danışıqların keçirilməsini dəstəkləməyə çalışır. Biz çox nikbin olmağa çalışmırıq, lakin hərtərəfli həll istiqamətində bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik. Hesabatda qeyd etdiyimiz kimi, mühüm irəliləyiş əldə edilib və bu tərəqqinin davam etməsi üçün mümkün olan hər şeyi edəcəyik”.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- "Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb
- ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV
- Almaniya və ABŞ arasında müdafiə imkanlarının gücləndirilməsi barədə kritik razılıq - Baku TV CANLI
