Pleyeri seçin:

ABŞ nəşrinin qərəzli addımları ifşa edildi | Siyasi şərhçi “Washington Post”a od püskürdü

15 noyabr 2024 523 baxış

“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərir”.

Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.

“Washington Post”un İsrail və Azərbaycanla bağlı düşməncəsinə yazılarına son qoyulmalıdır” başlıqlı məqalədə adıçəkilən qəzetdə son vaxtlar sözügedən ölkələrə münasibətdə qərəzli məqalələrin dərci məsələsinə toxunulub.

Qeyd olunub ki, İsrail “Washington Post”un hücum etməyə aludə olduğu yeganə ABŞ müttəfiqi deyil, Azərbaycan da bu qəzetin qərəzli tənqidinə tuş gəlib.

Ölkəmizə qarşı irəli sürülən həqiqətə zidd ittihamlara cavab olaraq diqqətə çatdırılıb ki, Azərbaycan regionda oturuşmuş multikulturalizm ənənələrinə, dini plüralizmə və başqalarına qarşı tolerantlığa malik ən mütərəqqi dövlətlərdəndir.

Azərbaycanda məscidlərin yanında kilsələr və sinaqoqlar tam sərbəst fəaliyyət göstərir, bu ölkədə dini etiqad və söz azadlığına böyük ehtiram mövcuddur.

Müəllif “Washington Post”u Azərbaycana hücum etməkdənsə, insan hüquqlarını tapdalamaq üçün səylərini əsirgəməyən, beynəlxalq terrorizmi dəstəkləyən rejimlərə təzyiq göstərməyə çağırıb. O bildirib ki, bu qəbildən addımları ilə “Washington Post” ABŞ-nin müttəfiqlərinə dəyər verməyən qərəzli məlumat mənbəyi olduğunu nümayiş etdirib.

Eyni zamanda diqqətə çatdırılıb ki, “Washington Post” bu məsələdə tək deyil. Belə ki, bu yaxınlarda Avropa Parlamentində sözügedən qəzetin məqaləsində irəli sürülən ittihamlara oxşar arqumentlərə istinad edilərək Azərbaycanın əleyhinə qətnamə qəbul olunub.

Bu onu göstərir ki, “Washington Post” beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin yanında dayanan və Ukraynadakı müharibə fonunda Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən Azərbaycana qarşı mənfi rəftarında tək deyil. Sonda müəllif ABŞ mediasının nəhəngini Azərbaycana və İsrailə qarşı qərəzli fəaliyyətinə son qoymağa çağırıb.

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 523 baxış
Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Ukraynadan Rusiyaya təklif | Milyardlarla insan çirklənmiş hava ilə nəfəs alır - YENİ BİR SƏHƏR

Siyasət
22 sentyabr 2026 523 baxış
Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV

Siyasət
21 sentyabr 2026 523 baxış
Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV

Siyasət
21 sentyabr 2026 523 baxış
Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Ermənilərin Alban kilsələrinə iddiası nə məqsəd daşıyır? - Baku TV

Siyasət
21 sentyabr 2026 523 baxış
Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Azərbaycan və Özbəkistan hərbçiləri birgə təlim keçirəcək - Baku TV CANLI

Siyasət
21 sentyabr 2026 523 baxış
Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Bakıda önəmli tədbirin açılış mərasimi keçirildi

Siyasət
21 sentyabr 2026 523 baxış
Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 523 baxış
İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

İran və Çin faktoru: Husi-Səudiyyə gərginliyinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
21 sentyabr 2026 523 baxış
Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV

Siyasət
21 sentyabr 2026 523 baxış
Seçilmişlər
icon