Pleyeri seçin:

ABŞ-nin demokratiya adı altında çevirdiyi oyunlar

25 dekabr 2023 383 baxış

Serbiyada keçirilən seçkilərin nəticələrinə etiraz olaraq paytaxt Belqradda kütləvi etiraz aksiyalarına start verilib.

Serbiya Prezidenti Aleksandr Vuçiçin hadisə ilə bağlı bəyanatında dəfələrlə “inqilab” sözünü təkrarlaması vəziyyətin çox ciddi olduğundan xəbər verir.

Görünən odur ki, Serbiyada baş verənlər Qərbin bu günə qədər bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarilərinin növbəti təcəssümüdür. Çünki Qərbin müstəqil siyasət yürüdən, onun diqtəsi ilə hərəkət etməyən ölkələrin hakimiyyətlərini zorakılıqla dəyişdirmək cəhdi ilk deyil. Görünür, Belqradda baş verənlər də sözügedən planın tərkib hissəsidir.

1989-cu ildə Çexoslovakiya və 2018-ci ildə Ermənistanda “Məxməri”, 2003-cü ildə Gürcüstanda “Qızılgül”, 2004-cü ildə Ukraynada “Narıncı”, 2010-cu ildə Tunisdən bütün ərəb ölkələrinə ixrac edilən “Ərəb baharı” inqilabları da məhz Qərbin imzası ilə baş tutub.

Amerika Birləşmiş Ştatları firavan və demokratik gələcək adı altında həmin region və ölkələri qan gölünə çevirib, məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. İndi də Serbiya hakimiyyətinin müstəqil siyasət həyata keçirməsi Qərbin təzyiqli bəyanatlarının əməldə də nümayiş olunmasına gətirib çıxarıb.

Qeyd etmək yerinə düşər ki, Qərb uzun illər Azərbaycanı da ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyib, ölkəmizdə və regionda çevriliş planları qurub. Amma rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi, o cümlədən uzaqgörən siyasəti dövlətimizə tuşlanan məkrli planların qarşısını alıb. Görünən isə odur ki, Qərb hələ də məkrli niyyətlərindən əl çəkmək istəmir.

Banner
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 383 baxış
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Qazanılan qələbə regionda hansı reallıqları yaratdı?

Siyasət
09 noyabr 2026 383 baxış
Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM

Siyasət
09 noyabr 2026 383 baxış
9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

9 Noyabr - Azərbaycanın hər yerində qürurla dalğalanan üçrəngli bayrağımızın günüdür - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Azərbaycanda Dövlət Bayrağı Günüdür | Trampla demokratlar arasında qarşıdurma - YENİ BİR SƏHƏR

Siyasət
09 noyabr 2026 383 baxış
Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Millət vəkili tarixi qələbəmizdən danışdı | Zəfərin 6-cı ili - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Tarixi Zəfərdən sonra Azərbaycanın siyasi və strateji mövqeyi necə dəyişdi? - Baku TV

Siyasət
09 noyabr 2026 383 baxış
Seçilmişlər
icon