Pleyeri seçin:

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

25 sentyabr 2026 290 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Bakıda keçiriləcək “ADEX-2026” Beynəlxalq Müdafiə Sərgisində ABŞ müdafiə sənayesinin iki nəhəng şirkətinin – “Lockheed Martin” və “SIG SAUER”in ilk dəfə iştirak etməsi və bu addımın regional hərbi-siyasi əhəmiyyəti təhlil olunub.

Bildirilib ki, avqustun 26-da yayılan məlumata görə, 20-dən çox ölkədən 200-dən artıq şirkətin iştirakı təsdiqlənib. Lakin ABŞ şirkətlərinin qatılması “ADEX”in regional sərgidən qlobal platformaya çevrildiyini göstərən tamamilə yeni gündəmdir.

Qeyd olunub ki, dünyanın ən böyük hərbi şirkəti olan “Lockheed Martin” 2024-cü ildə 64,65 milyard dollar hərbi gəlir əldə edib. Şirkət 2025-ci ili 75 milyard dollar satış və 193,6 milyard dollarlıq sifariş portfeli ilə başa vurub. “Lockheed Martin” Azərbaycana hava-raket müdafiəsi, uzaqmənzilli zərbə sistemləri və radarlar təklif edə bilər.

Diqqətə çatdırılıb ki, “SIG SAUER” şirkətinin isə 2000-dən artıq əməkdaşı var və şirkət hərbi, hüquq-mühafizə və kommersiya istifadəçiləri üçün sistemlər istehsal edir. Azərbaycan üçün “SIG SAUER”in təklif edə biləcəyi istiqamətlər daha çox fərdi silahlar, tapançalar, optik nişangahlar, sursat və müxtəlif aksesuarlar, komplektləşdirmə həlləri ola bilər.

Yekunda vurğulanıb ki, hər iki şirkətin Bakıya gəlişi Azərbaycanın müdafiə bazarı və “ADEX” platformasının ABŞ-nin aparıcı istehsalçıları üçün birbaşa dialoq məkanına çevrildiyini göstərir.

Banner
Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz

Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz

Siyasət
12 noyabr 2026 290 baxış
İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV

İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV

Siyasət
12 noyabr 2026 290 baxış
Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV

Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV

Siyasət
12 noyabr 2026 290 baxış
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Siyasət
12 noyabr 2026 290 baxış
Dünya liderləri İrlandiyada bir araya gəldilər

Dünya liderləri İrlandiyada bir araya gəldilər

Siyasət
12 noyabr 2026 290 baxış
"Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər

"Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər

Siyasət
12 noyabr 2026 290 baxış
İrandan Paşinyana əvvəl xəbərdarlıq, sonra tərəfdaşlıq mesajı - AKTUAL GÜNDƏM

İrandan Paşinyana əvvəl xəbərdarlıq, sonra tərəfdaşlıq mesajı - AKTUAL GÜNDƏM

Siyasət
12 noyabr 2026 290 baxış
Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?

Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?

Siyasət
12 noyabr 2026 290 baxış
Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz - Baku TV

Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz - Baku TV

Siyasət
12 noyabr 2026 290 baxış
Prezident İlham Əliyevin İrlandiya səfərindən görüntülər

Prezident İlham Əliyevin İrlandiya səfərindən görüntülər

Siyasət
12 noyabr 2026 290 baxış
Seçilmişlər
icon