İlham Əliyev Dublində Avropa ilə əməkdaşlığın perspektivlərini müzakirə edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Dublin Azərbaycan diplomatiyası üçün mühüm təmasların baş tutduğu mərkəzlərdən birinə çevrilib.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirir.
Dövlət başçısı Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı həmkarına bir daha başsağlığı verib.
Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinin hazırkı vəziyyəti, strateji tərəfdaşlığın inkişaf perspektivləri və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə elektrik enerjisi dəhlizinin yaradılması və bağlantı layihələrinin həyata keçirilməsi diqqət mərkəzində olub.
Bu əməkdaşlıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsi və regional bağlantıların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev həmçinin sammit çərçivəsində “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Müzakirələr zamanı Avropanın gələcək inkişafı, innovasiyaların təşviqi, enerji təminatının gücləndirilməsi və nəqliyyat bağlantılarının genişləndirilməsi kimi aktual məsələlər ön plana çıxıb.
Beləliklə, Dublində keçirilən sammit Azərbaycan üçün Avropa ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi və regional bağlantılarla bağlı məsələlərin müzakirəsi baxımından mühüm platforma rolunu oynayır.
#İlham Əliyev teqi istifadə olunub
- Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV
- Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
- "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının iştirakçıları birgə ailə fotosu çəkdiriblər
- Rumen Radev İlham Əliyevlə görüşəcək | Bolqarıstan Rusiya qazını Azərbaycan qazı ilə əvəz edə bilər?
- Prezident İlham Əliyevin İrlandiya səfərindən görüntülər
