Ağdam-Xankəndi yolu açılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ separatçılarının “başçısı” Araik Arutyunyan avqustun 22-də “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolunun açıldığını elan edib.
Ermənistanın “Joqovurd” qəzeti yazır ki, görüşdə Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan da iştirak edib. Nəşrin məlumatına görə, qanunsuz rejimin “rəhbəri” bu məsələni müzakirəyə çıxarmayıb, fakt kimi təqdim edib.
“Araik bildirib ki, bu yolla ticarət qismən olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar ora gələcək, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçından gətiriləcək, lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Qarabağlıların sayı məhdudlaşdırılacaq”, – deyən A.Arutyunyan həmçinin əlavə edib ki, növbəti mərhələdə qaz və elektrik təchizatı məsələsinin müzakirəsi planlaşdırılır.
#Ağdam-Xankəndi yolu teqi istifadə olunub
- Ağdamda hansı işlər görülür? | İlham Əliyevdən açıqlama
- Blinken Laçın və Xankəndi yolunun açılmasını dəyərləndirdi: ABŞ rəsmisi prosesi təqdir etdi
- Şarl Mişel Xankəndiyə gedən yollardan yazdı: Avropadan Qarabağ açıqlaması
- Separatçıların çırpınmağı boşuna idi: Xankəndiyə gedən yolları Bakı seçir
- Diplomatlar Azərbaycan XİN-də toplandı: Qarabağla bağlı həqiqətlər çatdırılır
