Pleyeri seçin:

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib

07 dekabr 2023 345 baxış

"Mən Niderlanddanam və bu gün Qarabağda səfərdəyəm, Qarabağ haqqında baş verənlər barədə kitab yazmışam".

Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum çərçivəsində Ağdam rayonuna səfər edən niderlandlı yazıçı Henri Van Rens deyib.

“Çünki mənim ölkəmdə insanlar Azərbaycan haqqında, Qarabağ haqqında heç nə bilmir. Onların bu gün yeganə danışdığı “erməni soyqırımı”dır. Mən də hər dəfə “erməni soyqırımı” söhbətini eşidəndə deyirəm ki, məni güldürməyin. Mənim kitabım 1988-1994-cü illərdə baş verənləri əhatə edir. Bu, tarixdir”, – o bildirib.

Henri Van Rensin sözlərinə görə, Niderlandda tez-tez siyasətçilərdən Azərbaycandan neçə nəfəri tanıdıqları barədə soruşur:

“Bəzən tanımırlar, bəzən də bir nəfəri tanıdıqlarını deyirlər. Mən də soruşuram ki, yaxşı, bəs siz Azərbaycanla bağlı heç nə bilmirsinizsə, bu ölkə barədə necə danışa bilərsiniz?! Onlarsa mənə cavab verə bilməyiblər”.

Niderlandlı yazıçı Azərbaycanda ilk dəfə 2009-cu ildə səfər etdiyini, o vaxtdan sonra isə 2013 və 2020-ci illər istisna olmaqla hər il yenidən gəldiyini vurğulayıb:

“Mən Azərbaycana səfərlərim zamanı bütün ölkəni gəzmişəm, lakin o zamanlar Qarabağa gəlmək mümkünsüz idi. Lakin 2021-ci ildə bu baş tutdu. Mən Qarabağa gəldim, burada insanlarla söhbət etdim, insan hekayələri dinlədim, kitabım üçün yeni fotolar çəkdim.

Mənim kitabım ermənilər tərəfindən əsir alınıb işgəncəyə məruz qalmış, öldürülmüş Xocalı, Başlıbel və digər Qarabağ qurbanları barədədir. Kitab üzərində işlərim davam edir, tamamlanmayıb. Bu gün ANAMA lazım olan köməkliyi mənə göstərir. Bu sayədə kitab tezliklə tamamlanacaq”.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 345 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 345 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 345 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 345 baxış
Seçilmişlər
icon